Mərkəzimiz Ankara Universiteti TÖMER-in (Türkçe Öğretim Merkezi) Azərbaycandakı rəsmi təmsilçisidir. TÖMER tərəfindən keçirilən TYS (Türkçe Yeterlilik Sınavı) imtahanı türk dili üzrə beynəlxalq səviyyədə tanınan rəsmi sertifikat təqdim edir.
TYS sertifikatı Türkiyədə universitetlərə qəbul zamanı və vətəndaşlıq prosesində geniş şəkildə istifadə olunur. İmtahan sistemi beynəlxalq dil qiymətləndirmə standartlarına uyğun təşkil edilir və oxuma, yazma, dinləmə və danışıq bacarıqlarını ölçür.
Türkiyədə təhsil almaq və akademik fəaliyyət göstərmək istəyənlər üçün TÖMER (TYS) sertifikatı mühüm üstünlük hesab olunur.